Edin Terziç ÇL-in finalında “Real”a məğlubiyyəti şərh etdi

Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç komandasının Çempionlar Liqasının finalında “Real”a məğlubiyyətini (0:2) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən Terziçin bu barədə fikirlərini təqdim edir:

“Biz əla oyun nümayiş etdirdik və düşünürəm ki, 0:2 hesablı məğlubiyyətdən daha yaxşısına layiq idik. İlk saniyədən bütün dünyaya göstərdik ki, biz təkcə finalda oynamaq üçün deyil, qalib gəlmək üçün buradayıq. Biz çox şeyi düzgün etdik, amma onlar doğru zamanda soyuqqanlı idilər, bu gün çatışmayan cəhətimiz isə budur. Düşünürəm ki, biz çox şeyi düzgün etdik, amma sonra standart vəziyyət oyunu dəyişdi. Bundan ibrət dərsi götürməliyik. Yaxşı oynadıq, əks-hücumda təhlükəli idik, amma bu gün qol vura bilmədik”, deyə Edin Terziç təəssüflə bildirib.

Vurğulayaq ki, “Borussiya”ya qalib gəlməklə “Real” tarixində 15-ci dəfə qitənin ən mötəbər klub kubokuna sahib olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: