Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç Çempionlar Liqasının 1/8 finalında PSV-yə qarşı cavab görüşü haqda söhbət açıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, almaniyalı mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Əsas odur ki, biz oyuna nikbin fikirlərlə yanaşırıq. İlk oyunun nəticəsi sayəsində buna haqq qazanmışıq. Bizi tərəfdarlarımızla gözəl axşam gözləyir və səbirsizliklə bunun intizarındayıq.
PSV nümunəsindən istifadə edərək, Niderland futbolunun niyə güclü olduğunu görə bilərsiniz. Digər məqamlar arasında, bunlar həmişə səviyyəli cinah oyunçularıdır. Donni Malen və Yan Matsenin inanılmaz hərəkiliyi və texnikası var və onlar məhdud məkanlarda əla işləyirlər”, deyə Edin Terziç rəqibə qarşı daha diqqətli olmağın vacibliyini vurğulayıb.
Xatırladaq ki, komandalar arasında Eyndhovendə keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatıb.
Cavab oyunu bu gün, martın 13-də Dortmundda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.


