Edin Terziç: “Real”ın silsiləsini qırmaq istəyirik”

Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç “Real”la Çempionlar Liqasının qarşıdakı final oyunu haqda fikirlərini paylaşıb.

Arena.az “Borussiya”nın mətbuat xidmətinə istinadən, alman-xorvat mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz böyük bir məqama nail ola bilərik. Bütün diqqətimizi Şənbə günü keçiriləcək oyuna yönəltmişik və bacardığımız qədər ona hazırlaşırıq.

Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır. Buna nail olmaq üçün çempionu məğlub etmək lazımdır. Bir oyunda hər şey mümkündür. Biz şənbə günü “Real”ın silsiləsini qırmaq istəyirik.

Təəssüf ki, Rami Bensebayni, Jülyen Düranvil və Mateu Morey bu Şənbə günü ixtiyarmızda olmayacaqlar. Qalan futbolçulara gəlincə, onlar hazırdırlar.

Sadəcə Çempionlar Liqasının finalında iştirak etməklə kifayətlənmirik. Biz kuboku Dortmunda aparmaq istəyirik!”, deyə Edin Terziç iddia ilə vurğulayıb.

Xatırladaq ki, iyunun 1-də Londonun “Uembli” stadionunda “Real” və Dortmund “Borussiya”sı arasında keçiriləcək Çempionlar Liqasının final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: