Emil Martinov da “Səbail”dən ayrıldı

Mövsüm bitən kimi heyətlə bağlı ciddi islahatlara start verən “Səbail”də Emil Martinov da komandadan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klub rəhbərliyi Emil Martinovla yolları ayırmaq barədə qərar qəbul edib. Oyunçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Emilə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Bolqarıstandan olan 31 yaşlı yarımmüdafiəçi bu mövsümün əvvəlində, 2022-ci ilin iyul ayında “Səbail”ə cəlb olunmuş və 1 illik müqaviləyə imza atmışdı. Təcrübəli futbolçu bu komandada 30 oyuna çıxıb, 1 qol, 1 assist və 5 sarı vərəqə ilə yadda qalıb.

Emil Martinov 2018/2019 mövsümündə də “Səbail”də çıxış edib. O, həmin dövrdə də “dənizçilər”in heyətində 24 oyun keçirmişdi.

Xatırladaq ki, “Səbail” daha əvvəl Ruslan Hacıyev, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də yollarını ayırdığını açıqlamışdı.