Endi Koul: “Haland nə edib? Tüpürüm onun…”

İngiltərə millisinin sabiq hücumçu Endi Koul “Mançester Siti”nin qoleadoru Erlinq Halandın qolçuluq nailiyyətinə münasibət bildirib.

Arena.az “Daily Mail”ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in keçmiş futbolçusu, Halandın mövsüm ərzində Premyer Liqada vurduğu qol sayında onu ötməsinə obyektiv, ancaq özünəməxsus tərzdə reaksiyası ilə diqqət çəkib:

“Tüpürmək istərdim. Düzünü deyirəm. Heç bir surətdə, heç bir halda kiminsə vurduğu qollarla rekordlar qırmasına acığım tutmur. Rekordlar onları qırmaq üçün mövcuddur. İnsanlar deyirlər ki, mən məyus olmalıyam. Nədən? Çünki kimsə məndən çox qol vurub?! Kiminsə bu qədər yaxın düşməsi üçün iyirmi il gərək olub.

“Aman tanrım, kimsə mənim rekordumu qırıb?”, deyə bu haqda yuxudan öncə düşünəcəyəmmi?”. Əsla, mən şlyapamı çıxarır və onu salamlayıram. O, bunu çoxsaylı vəziyyətlər yaradan bir komandada edib. Hansısa məqamda bütün rekordlar yenilənirlər”.

Xatırladaq ki, Haland Premyer Liqanın artıq başa çatmış 2022/2023 mövsümündə 36 qol vurmaqla Endi Koul və Alan Şirerə məxsus 34 qolluq rekordu ötüb.