“Fənərbaxça”dan Türkiyə Kubokunda 10 il sonra ilk zəfər!

Uzun illərdir titul qazana bilməyən “Fənərbaxça” futbol üzrə Türkiyə Kubokunda 2022/2023 mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, bu gün turnirin final oyunu keçirilib.

Həlledici oyunda “sarı-lacıvərdlilər”in rəqibi İstanbulun digər təmsilçisi “Başakşəhər” olub. Rəqibini 2 cavabsız qolla məğlub edən “Fənərbaxça” 9 illik titul, 10 illik kubok həsrətinə son qoyub.

İstanbul təmsilçisi sonuncu dəfə 2013-cü ildə Türkiyə Kubokunun qalibi olmuşdu. Bütövlükdə isə bu komanda 7-ci dəfə ölkə kubokunda zəfər qazanıb. “Fənər” daha öncə 1968, 1974, 1979, 1983, 2012 və 2013-cü illərdə də kubokun qalibi olmuşdu. “Sarı-lacıvərdlilər” kubok sayında Türkiyənin 4-cü komandasıdır. “Qalatasaray” Türkiyə Kubokunda hamıdan çox – 18 dəfə qalib olub. “Beşiktaş” (10) bu siyahıda ikinci, “Trabzonspor” (9) isə üçüncüdür.

Türkiyə kuboku
Final
11 iyun

Fənərbaxça – Başakşəhər 2:0
Qol: Batşuayi, 1; 29.

Xəbəri sosial şəbəkələrdə paylaş: