İtalyan mütəxəssis Fabio Kannavaro Xorvatiya nəhəngi Zaqreb “Dinamo”sunun baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Arena.az bu barədə “Dinamo”nun mətbuat xidmətinə istinadən məlumat verir.
Kannavaro 2025-ci ilin yanvar ayının 3-dən Zaqreb təmsilçisinə rəhbərlik edirdi. 51 yaşlı mütəxəssis bu komandanı cəmi 14 oyuna çıxarıb. “Dinamo” bu görüşlərdə 7 qələbə qazanıb, 2 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.
“Dinamo” Xorvatiya çempionatında keçirdiyi son oyunda “İstra”ya 0:3 hesabı ilə uduzub. Zaqreb təmsilçisi hazırda Xorvatiya çempionatının turnir cədvəlində 46 xalla 3-cü pillədə qərarlaşıb.
Ötənlərin məşhur mərkəz müdafiəçisi Fabio Kannavaro məşqçilik fəaliyyətinə 2013/2014-cü illər mövsümündə “Əl-Əhli”də köməkçi-məşqi olaraq başlayıb. Ardınca Kannavaro “Quançjou”, “Əl-Nəsr”, “Tyantszin Tyanhay”, Çin milli yığma komandası, “Benevento” və “Udineze”ni çalışdırıb.



