Felipe Santos Benin millisinə dəvət aldı

Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”ın sol vingeri Felipe Santos futbol üzrə Benin milli komandasına dəvət olunub.

Arena.az bu barədə Naxçıvan klubunun rəsmi saytına istinadən xəbər verir.

29 yaşlı futbolçu mayın 25-dən iyunun 9-na qədər Benində və Mərakeşdə təşkil olunacaq təlim-məşq toplanışı üçün açıqlanmış heyətə daxil edilib. Futbolçu Naxçıvan təmsilçisinə iyunun 1-də qoşulacaq.

Xatırladaq ki, əslən Braziliyadan olan Felipe Santos 2025-ci ildə Benin pasportu alıb. Bu isə ona Benin millisində oynamaq imkanı yaradıb.

Felipe Santos 2024-cü ilin yayından “Araz-Naxçıvan”da çıxış edir. 28 yaşlı futbolçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 65 oyunda 21 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Santos daha öncə Azərbaycanda “Şamaxı” (25 oyun, 7 qol, 5 assist) və “Qəbələ”nin (43 oyun, 6 qol və 15 assist) də formasını geyinib. O, karyerası ərzində “Maribor”, “Hapoel” (Hayfa), “Ankaran” və “Paulista” kimi klublarda da çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: