FIFA 2025-ci il klublararası DÇ-nin mükafat fondunu təsdiqlədi

FIFA yayda ABŞ-da baş tutacaq 2025-ci il klublararası dünya çempionatının (FIFA Klub Dünya Kuboku) mükafat fondunu təsdiqləyib.

Arena.az bu barədə FIFA-nın rəsmi saytına istinadən məlumat verir.

Təşkilat, məbləği 1 milyard ABŞ dolları məbləğində olan mükafat fondunun yarışın 32 iştirakçısı arasında bölüşdürülməsi modelini təsdiqləyib. Həmçinin FIFA əhmiyyətli və mütərəqqi dünyəvi həmrəylik modelini təsdiq edib.

2025-ci il klublararası dünya çempionatının qalibi 125 milyon ABŞ dolları məbləğinə qədər qazanc götürəcək. Yarışın mükafat fondu 1 milyard ABŞ dolları məbləğində vəsaiti – idman uğurları müqabilində nəzərdə tutulmuş 475 milyon ABŞ dolları məbləğində vəsaiti, həmçinin yarışda iştirak üçün nəzərdə tutulmuş 525 milyon ABŞ dolları məbləğində vəsaiti ehtiva edir.

Yarışda UEFA-nı təmsil edən klublar digər klublardan daha çox qazanc götürəcəklər. Mükafatlandırma məbləği isə klubların reytinqi və qazanclarından asılı olacaq. Avropa təmsilçiləri üçün 12,81 milyon ABŞ dolları məbləğdən, 38,19 milyon ABŞ dolları məbləğə qədər, Cənubi Amerika təmsilçiləri üçün 15,21 milyon ABŞ dolları məbləğində, digər klublar üçün isə 9,55 milyon ABŞ dollarından aşağı məbləğ nəzərdə tutulub.

Xatırladaq ki, dünya çempionatı 32 klubun iştirakı ilə iyun ayının 15-də başlayacaq, yarışa iyul ayının 13-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: