FIFA 2025-ci ildə keçirilməsi nəzərdə tutulmuş FIFA Klub Dünya Kubokunun keçirilmə məkanı və vaxtı ilə bağlı məlumat yayıb.
Arena.az xatırladır ki, yarış yenilənmiş tərtib üzrə keçiriləcək və yarışda 7 klub əvəzinə 32 komanda iştirak edəcək.
2025-ci ildə FIFA Klub Dünya Kuboku Amerika Birləşmiş Ştatlarının stadionlarında keçiriləcək. Yarış iyunun 15-də başlayacaq və təxminən bir ay – 2025-ci il iyulun 13-dək davam edəcək.
Genişləndirilmiş yarış 2021-ci il iyunun 17-dən iyulun 4-dək keçirilməli idi. Amma FIFA COVID-19 pandemiyası səbəbindən təqvimi 2020-ci ilin ortalarından 2021-ci ilin ortalarına köçürülmüş Avropa Çempionatı və Amerika Kubokunun təxirə salınması səbəbindən, FIFA Klub Dünya Kubokunun genişləndirilmiş tərtibat üzrə yarışını daha gec tarixə keçirməyə məcbur olmuşdu.
Tərtibata gəlincə, yarışda hər birində 4 komanda olmaqla 8 qrupa bölünəcək 32 komanda iştirak edəcək. Hər klub qrup mərhələsində hər rəqibə qarşı 3 oyun keçirəcək. Qrupların qalibləri və 2-ci yeri tutacaq komandalar yarışın ələmə – 1/8 final mərhələsinə vəziqə qazanacaqlar. Bu mərhələdən yarışın finalına qədər dünya və Avropa çempionatları təcrübəsi əsasında, qalib yalnız 1 oyunda müəyyən ediləcək. Vurğulanır ki, yarımfinalda uduzan komandalar arasında 3-cü yer uğrunda oyun keçirilməyəcək. Amma bu, hələ açıq mövzu olaraq qalır.


