FIFA Klub Dünya Kuboku: “Çelsi” finalda!

Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.

Arena.az xəbər verir ki, bu gecə yarımfinal mərhələsinə start verilib.

Finala vəsiqə uğrunda ilk qarşılaşma Braziliyanın “Fluminense” və İngiltərənin “Çelsi” komandaları arasında baş tutub. Oyun London klubunun inamlı qələbəsiylə yekunlaşıb. Avropa təmsilçisinin hər iki qolunu Juan Pedro vurub.

Yarımfinalın digər matçında İspaniyanın “Real” komandası UEFA Çempionlar Liqasının qızıl mükafatçısı, Fransanın PSJ kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək. Sözügedən görüş iyulun 9-da keçiriləcək. İkinci yarımfinal görüşünə də Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

FIFA Klub Dünya Kuboku
Yarımfinal
8 iyul

Fluminense (Braziliya) – Çelsi (İngiltərə) 0:2
Qollar: Juan Pedro, 18; 56.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: