Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.
Arena.az xəbər verir ki, ötən gecə qrup mərhələsinin 3-cü turunun növbəti oyunları keçirilib.
İki qrup çərçivəsində bütövlükdə dörd qarşılaşma baş tutub və pley-offa vəsiqə qazanmış komandalar müəyyənləşiblər.
C qrupunda “Oklend Siti” “Boka Xuniors”la heç-heçə edib, “Bayern” isə “Benfika”ya uduzub.
D qrupunda “Çelsi” “Esperans”ı məğlub edib, “Flamenqo” isə “Los Anceles”lə heç-heçə edib.
Bu nəticələrdən sonra “Benfika” və “Çelsi” də 1/8 finala adlayıblar. “Bayern” və “Flamenqo” isə daha əvvəl pley-offa vəsiqəni təmin etmişdilər.
FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüblər. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.
FIFA Klub Dünya Kuboku
Qrup mərhələsi, 3-cü tur
C qrupu
Oklend Siti – Boka Xuniors 1:1
Qollar: K.Qrey, 52 – N.Qarru, 26-öz qapısına.
Benfika – Bayern 1:0
Qol: A.Şyelderup, 13.
Xallar: Benfika – 7. Bayern – 6. Boka Xuniors – 2. Oklend Siti – 1.
D qrupu
Esperans – Çelsi 0:3
Qollar: T.Adarabioyo, 45+3. L.Delap, 45+5. T.George, 90+7.
Los Anceles – Flamenqo 1:1
Qollar: D.Buanqa, 84 – Uollas, 86.
Xallar: Flamenqo – 7. Çelsi – 6. Esperans – 3. Los Anceles – 1.


