Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş və iyunun 14-də start götürmüş futbol üzrə FIFA Klub Dünya Kuboku davam edir.
Arena.az xəbər verir ki, ötən gecə qrup mərhələsinin 2-ci turunun növbəti oyunları keçirilib.
İki qrup çərçivəsində bütövlükdə dörd qarşılaşma baş tutub.
E qrupunda “River Pleyt” – “Monterrey” matçı qolsuz başa çatıb. İtaliya təmsilçisi “İnter” isə “Urava Red Daymonds” üzərində əzmkar qələbəyə sevinib.
F qrupunda “Fluminense” “Ulsan HD” ilə görüşdən inamlı qələbə ilə ayrılıb. Dortmund “Borussiya”sı isə “Mamelodi Sandauns”la görüşdə çətinliklə də olsa, 3 xal qazanıb.
FIFA Klub Dünya Kuboku iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüblər. Hər qrupdan iki ən yaxşı komanda pley-off mərhələsinə yüksələcək. Yarışın mükafat fondu 1 milyard dollardan çoxdur.
FIFA Klub Dünya Kuboku
Qrup mərhələsi, 2-ci tur
E qrupu
River Pleyt (Argentina) – Monterrey (Meksika) 0:0
İnter (İtaliya) – Urava Red Daymonds (Yaponiya) 2:1
Qollar: L.Martines, 78. Karboni, 90+2 – Vatanabe, 11.
Xallar: River Pleyt – 4. İnter – 4. Monterrey – 2. Urava Red Daymonds, 0.
F qrupu
Fluminense (Braziliya) – Ulsan HD (Cənubi Koreya) 4:2
Qollar: Arias, 27. Nonato, 66. Freytes, 83. Keno, 90+2 – Li, 37. Um, 45+3.
Mamelodi Sandauns (CAR) – Borussiya (Dortmund, Almaniya) 3:4
Qollar: L.Ribeyro, 11. Rayners, 62. Motiba, 90 – Nmeça, 16. Girassi, 34. Bellingem, 45. Mudau, 59-öz qapısına.
Xallar: Fluminense – 4. Borussiya – 4. Mamelodi Sandauns – 3. Ulsan HD – 0.


