FIFA Klub Dünya Kubokunun bütün iştirakçıları bəlli oldu

2025-ci ildə 32 komandanın iştirakı ilə ABŞ-da keçiriləcək FIFA Klub Dünya Kubokunun bütün iştirakçıları müəyyənləşib.

Arena.az məlumat verir ki, Libertadores Kubokunda “Botafoqo” “Atletiko Mineyro” üzərində 3:1 hesablı qələbə qazanaraq çempionluğunu rəsmiləşdirib.

Nəticədə bu komanda 2025-ci il dünya çempionatına sonuncu vəsiqəni qazanıb.

FIFA Klub Dünya Kubokunun bütün 32 iştirakçısının siyahısını təqdim edirik:

“Çelsi”, “Real”, “Mançester Siti”, “Bayern”, PSJ, “İnter”, “Borussiya” (Dortmund), “Portu”, “Atletiko” (Madrid), “Benfika”, “Yuventus”, “Zalsburq”, “Palmeyras”, “Flamenqo”, “Fluminense”, “Botafoqo”, “River Pleyt”, “Boka Xuniors”, “Monterrey”, “Sietl Saunders”, “Leon”, “Paçuka”, “İnter Mayami”, “Əl-Hilal”, “Urava Red Daymonds”, “Əl-Əyn”, “Ulsan”, “Əl-Əhli”, “Vidad”, “Mamelodi Sandaunz”, “Esperans” və “Oklend Siti”.

Püşkatma mərasimi dekabrın 5-də baş tutacaq. Klublararası dünya çempionatı 2025-ci ilin iyun ayının 15-dən iyul ayının 13-dək keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: