FIFA Klub Dünya Kubokunun püşkatma tarixi açıqlandı

Futbol üzrə FIFA Klub Dünya Kubokunun püşatma tarixi və məkanı haqda müvafiq məlumat ictimaiyyətə açıqlanıb.

Arena.az FIFA-nın rəsmi saytına istinadən məlumat verir ki, 2025-ci il klublararası dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimi dekabrın 5-də ABŞ-ın Mayami şəhərində baş tutacaq.

Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da 32 komandanın iştirakı ilə yenilənmiş tərtibatda keçiriləcək. Açılış oyunu “İnter Mayami”nin Fort-Loderdeyldəki ev stadionunda keçiriləcək. Artıq yarışda 31 iştirakçı müəyyənləşib. Son klub noyabrın 30-da baş tutacaq Libertadores Kubokunun finalından sonra bəlli olacaq.

Xatırladaq ki, klublararası dünya çempionatının son qalibi finalda “Fluminense” üzərində 4:0 hesablı qələbə qazanmış “Mançester Siti”dir.

FIFA Klub Dünya Kubokunu ən çox qazanmış klub isə İspaniya nəhəngi Madrid “Real”ıdır. “Qaymaqlılar” 2014, 2016, 2017, 2018, 2022-ci illərdə klublararası dünya çempionluğunu bayram ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: