FIFA Klub Dünya Kubokunun püşkü atıldı

2025-ci ildə futbol klubları arasında Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçiriləcək FIFA Klub Dünya Kubokunun püşkü atılıb.

Arena.az xəbər verir ki, bu gün Mayamidə baş tutan püşkatma mərasimində mundialın iştirakçısı olacaq 32 komanda 8 qrupa bölünüb.

Xatırladaq ki, FIFA klublararası dünya çempionatının püşkatması üçün 32 komandadan ibarət 4 səbət müəyyənləşdirmişdi. Səbətlərin tərkibi belə idi:

1-ci səbət: “Mançester Siti” (İngiltərə), “Real” (İspaniya), “Bayern” (Almaniya), PSJ (Fransa), “Flamenqo” (Braziliya), “Palmeyras” (Braziliya), “River Pleyt” (Argentina), “Fluminense” (Braziliya);

2-ci səbət: “Çelsi” (İngiltərə), “Borussiya” (Dortmund, Almaniya), “İnter” (İtaliya), “Portu” (Portuqaliya), Atletiko (Madrid, İspaniya), “Benfika” (Portuqaliya), “Yuventus” (İtaliya), “Zalsburq” (Avstriya);

3-cü səbət: “Əl-Hilal” (Səudiyyə Ərəbistanı), Ulsan (Cənubi Koreya Respublikası), “Əl-Əhli” (Misir), “Vidad” (Mərakeş), “Monterrey” (Meksika), “Leon” (Meksika), “Boka Xuniors” (Argentina), “Botafoqo” (Braziliya);

4-cü səbət: “Urava Red Daymonds” (Yaponiya), “Əl-Əyn” (Birləşmiş Ərəb Əmirlikləri), “Esperans” (Tunis), “Mamelodi Sandaunz” (Cənubi Afrika Respublikası), Paçuka (Meksika), “Sietl Saunders” (ABŞ), “Oklend Siti” (Yeni Zelandiya), “İnter Mayami” (ABŞ).

Püşkatma nəticəsində bu komandalar aşağıdakı qruplara bölünüblər:

A qrupu: “Palmeyras”, “Portu”, “Əl-Əhli”, “İnter Mayami”;

B qrupu: PSJ, “Atletiko”, “Botafoqo”, “Sietl Saunders”;

C qrupu: “Bayern”, “Benfika”, “Boka Xuniors”, “Oklend Siti”;

D qrupu: “Flamenqo”, “Çelsi”, “Leon”, “Esperans”;

E qrupu: “River Pleyt”, “Monterrey”, “İnter”, “Urava Red Daymonds”;

F qrupu: “Fluminense”, “Borussiya”, “Ulsan”, “Mamelodi Sandaunz”;

G qrupu: “Mançester Siti”, “Yuventus”, “Vidad”, “Əl-Ayn”;

H qrupu: “Real”, “Zalsburq”, “Əl-Hilal”, “Paçuka”.

Xatırladaq ki, FIFA Klub Dünya Kubokunun 2025-ci il iyunun 15-dən iyulun 13-dək Amerika Birləşmiş Ştatlarında keçirilməsi nəzərdə tutulub. Klublararası dünya çempionatı tarixdə ilk dəfə bu qədər iştirakçı və fərqli formatda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: