FIFA 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında çıxış edəcək komandalarla ümumi görüş keçirib.
Arena.az bu barədə “Marca” nəşrinə istiandən məlumat verir.
Dünyanın ali futbol qurumunun rəsmiləri iştirakçı klublara qarşıdakı mötəbər yarışda iştirakın iqtisadi məqsədəuyğunluğunu izah edib.
Mənbənin məlumatına görə, bu görüşdə FIFA nümayəndələri konkret rəqəmlər açıqlamasalar da, 2025-ci il klublararası dünya çempionatının mükafat fondunun Çempionlar Liqasındakı bənzər fondun həcmini keçə biləcəyini bildiriblər.
FIFA-nın qarşısına yarışda qalib gələcək kluba ən azı 100 milyon avro məbləğində ödəniş etmək vəzifəsi qoyduğu vurğulanır, halbuki mövsüm ərzində UEFA-nın himayəsində olan bütün yarışlarda qalib gəlmiş komanda 111 milyon avro məbləğə qədər qazanc götürə bilər. Eyni zamanda, 2025-ci il FIFA Dünya Kubokunun mükafat fondu, məsələn, yeni sponsorlar cəlb etməklə, həcmini artıra bilər.


