FIFA prezidenti yeni Klub Dünya Kuboku haqda danışdı

FIFA prezidenti Canni İnfantino 2025-ci ildə 32 komanda ilə yeni tərtibat üzrə keçiriləcək klublararası dünya çempionatı haqqında danışıb.

Arena.az İnfantinonun bu barədə FIFA-nın mətbuat xidmətinə verdiyi müsahibəsini diqqətinizə çatdırır:

“Klublar dünya futbolunda əsas rol oynayır və 2025-ci il FIFA Klub Dünya Kuboku bütün konfederasiyaların klublarına özlərini ən yüksək səviyyədə təzahür etdirməyə imkan verən uyğun müstəvinin təmin edilməsində mühüm mərhələ olacaq.
“Bu, açıq, ləyaqətə əsaslanan yarışma olacaq və futbolu həqiqətən dünyəvi etmək səylərimizdə əsas rol oynayacaq”, deyə FIFA prezidenti bildirib.

Yenilənmiş tərtibatda ilk turnir 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Yarış 2022 FIFA Dünya Kuboku və 2023 FIFA Qadınlararası Dünya Kuboku ilə eyni tərtibata müvafiq keçiriləcək. Yeganə istisna klublararası dünya çempionatında 3-cü yer uğrunda oyunun keçirilməməsi olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: