Formula 1: ABŞ qran-prisinin qalibi bəlli oldu

Bu gün Formula 1 üzrə 2021 mövsümünün növbəti – ABŞ qran-prisi keçirilib. Arena.az xəbər verir ki, dünya çempionatının 17-ci mərhələsi “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb.

Niderlanddan olan pilot Texas ştatının paytaxtı Austindəki “Amerika” avtodromunda keçirilən 56 dövrəlik yarışda 1:34:36.552 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdəki 8-ci, karyerasındakı 18-ci belə zəfərdir.

“Mersedes”in pilotu Luis Hamilton bu dəfə ikinci yerlə kifayətlənib. O, Ferstappendən cəmi 1.3 saniyə geri qalıb. “Red Bull”un digər pilotu, Ferstappenin komanda yoldaşı Serxio Peres bu dəfə də üçüncü yeri tutub.

Mövsümün geridə qalan 17 qran-prisinin yekununa əsasən, Maks Ferstappen turnir cədvəlində 287.5 xalla zirvədə qərarlaşıb. Luis Hamilton 275.5 xalla ikincidir. İlk üçlüyü 187 xala malik Valtteri Bottas qapayır.

Konstruktorların mübarizəsində “Mersedes” öndədir. Hazırda bu komandanın hesabında 460.5 xal var. İkinci pillədəki “Red Bull”un isə 437.5 xalı var. 254 xalı olan “Maklaren” isə üçüncü pillədə qərarlaşıb.

Formula 1 üzrə dünya çempionatında 2021 mövsümünün növbəti – sayca 18-ci qran-prisi Meksikada baş tutacaq. Sözügedən qran-pri noyabrın 7-də keçiriləcək.

Pilotların yarışında ilk 10-luq:

  1. Maks Ferstappen (Red Bull) – 287.5
  2. Luis Hamilton (Mersedes) – 275.5
  3. Valtteri Bottas (Mersedes) – 185
  4. Serxio Peres (Red Bull) – 150
  5. Lando Norris (Maklaren) – 149
  6. Şarl Lekler (Ferrari) – 128
  7. Karlos Sayns (Ferrari) – 122.5
  8. Daniel Rikkardo (Maklaren) – 105
  9. Pyer Qasli (Alfa Tauri) – 74
  10. Fernando Alonso (Alpine-Reno) – 58

Konstruktorların xal sıralaması:

  1. Mersedes – 460.5
  2. Red Bull – 437.5
  3. Maklaren-Mersedes – 254
  4. Ferrari – 250.5
  5. Alpine-Reno – 104
  6. Alfa Tauri-Honda – 94
  7. Aston Martin – 62
  8. Uilyams – 23
  9. Alfa Romeo – 7
    Haas-Ferrari – 0
Xəbəri sosial şəbəkələrdə paylaş: