Formula 1: Maks Ferstappen yenə rəqib tanımır

Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 8-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Kanadanın Monreal şəhərində təşkil olunub.

Kanada qran-prisi də ötən mövsümün qalibi, “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 70 dövrəlik yarışı 1:33:58.348 göstərici ilə ilk sırada bitirib.

Bu, onun cari mövsümdə 6-cı, karyerası ərzində isə 41-ci qələbədir. Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako və İspaniya qran-prilərinin də qalibi olmuşdu.

Bu qələbə “Red Bull” üçün də əlamətdar olub. Belə ki, bu komanda 100-cü dəfə qran-pri qalibi olmağını bayram edib.

“Aston Martin”in təcrübəli sürücüsü Fernando Alonso Monrealda ikinci olub. “Mercedes”in sürücüsü Luis Hamilton isə bu dəfə 3-cü yerlə kifayətlənib.

Bu mövsüm geridə qalan 8 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 195 xalla birinci, Serxio Peres isə 126 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 117 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.

Konstruktorların mübarizəsində də “Red Bull” 321 xalla zirvədə qərarlaşıb. Xal hesabını 167-ə çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Aston Martin” isə 154 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Avstriyada keçiriləcək. Sözügedən yarış iyulun 2-də Şpilberqdə baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

1. Maks Ferstappen (Red Bull) – 195

2. Serxio Peres (Red Bull) – 126

3. Fernando Alonso (Aston Martin) – 117

4. Luis Hamilton (Mersedes) – 102

5. Karlos Sayns (Ferrari) – 68

6. Corc Rassell (Mersedes) – 65

7. Şarl Lekler (Ferrari) – 54

8. Lens Stroll (Aston Martin) – 37

9. Esteban Okon (Alpine-Reno) – 29

10. Pyer Qasli (Alpine-Reno) – 15

11. Lando Norris (Maklaren) – 12

12. Aleksander Albon (Uilyams) – 7

13. Niko Hulkenberq (Haas) – 6

14. Oskar Piastri (Maklaren) – 5

15. Valtteri Bottas (Alfa Romeo) – 5

16. Jou Quanyu (Alfa Romeo) – 4

17. Yuki Tsunoda (Alfa Tauri) – 2

18. Kevin Maqnussen (Haas) – 2

19. Loqan Sarcent (Uilyams) – 0

20. Nik De Vris (Alfa Tauri) – 0

Konstruktorların xal sıralaması:

1. Red Bull – 321

2. Mersedes – 167

3. Aston Martin – 154

4. Ferrari – 122

5. Alpine-Reno – 44

6. Maklaren – 17

7. Alfa Romeo – 9

8. Haas – 8

9. Uilyams – 7

10. Alfa Tauri – 2

Xəbəri sosial şəbəkələrdə paylaş: