“Gəncə” tarixi şansı əldən verdi

Azərbaycanın “Gəncə” basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə (2026/2027) növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, Martin Knejeviçin baş məşqçisi olduğu kollektiv doğma meydanda Yunanıstanın “Kolossos” komandası ilə qarşılaşıb.

Gəncə İdman Sarayında baş tutmuş görüş qonaqların 80:62 hesablı qələbəsi ilə başa çatıb.

Bu qarşılaşma Azərbaycan təmsilçisi üçün avrokuboklarda tarixində ilk ev oyunu olub. Təəssüf ki, komandamız bu tarixi hadisəni qələbə ilə qeyd edə bilməyib.

Görüşün dörd periodu müvafiq olaraq 16:20, 11:20, 19:18 və 16:22 hesabları ilə yekunlaşıb.

“Gəncə”nin heyətində ən məhsuldar basketbolçu 15 xal toplamış Jervis Qarrett olub. Ksavyer Rouds 10, Bakari Kamara 11 xal ilə yadda qalıblar. Kobi Meqi və İsaya Todd hərəyə 7, Montavius Merfi 6, Brendon Ellinqton 5, Fikrət Ələkbərov isə 1 xal toplayıblar.

Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk turda səfərdə Türkiyənin “Esenlər Erokspor” komandasına 63:92 hesabı ilə uduzmuşdu.

İki turdan sonra “Kolossos” 4 xalla qrupun lideridir. “Esenlər Erokspor”, Portuqaliyanın “Sportinq” və “Gəncə” komandalarının hər birinin 2 xalı var. Bolqarıstanın “Rilski Sportist” və Rumıniyanın “Universitatya” komandaları isə hərəyə 1 xal toplayıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: