Georgi Kantariya “Kəpəz”dən ayrıldığını açıqladı

Kəpəz”in Gürcüstandan olan dayaq yarımmüdafiəçisi Georgi Kantariya Gəncə klubundan ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, klub hələlik bu ayrılığı rəsmən açıqlamasa da, 26 yaşlı futbolçu “Kəpəz”lə vidalaşıb.

O, sosial şəbəkə hesabında Gəncə klubundan ayırdığını bildirib. Futbolçu “İnstagram”da “Goodbye, “Kapaz” yazaraq, Gəncə klubundan getdiyinə işarə vurub.

Georgi Kantariya “Kəpəz”ə 2022-ci ilin iyulunda “Telavi”dən gəlmişdi. Yarımmüdafiəçi Gəncə təmsilçisində 33 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Daha öncə “Neman” (Qrodno) və “Dinamo” (Zuqdidi) kimi klubların da formasını geyinmiş Kantariya, Gürcüstanın U-21 yığmasında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xatırladaq ki, “Kəpəz” daha öncə Yusif Nəbiyev, Fərid Nəbiyev, Salif Sisse, Mario Mustapiç və Orxan Sadıqlı ilə yollarını ayırmışdı. Ötən gün isə komandanın baş məşqçisi Tərlan Əhmədovun da postunda qalmayacağı müəyyənləşdi. Gəncə təmsilçisinə bundan sonra Azər Məmmədov rəhbərlik edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: