Türkiyə milli komandasının və “Fənərbaxça” klubunun sabiq müdafiəçisi Gökhan Gönül peşəkar futbolçu karyerasını başa vurub.
Arena.az xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabındakı paylaşımında bildirib:
“25 illik futbol həyatımda artıq vida zamanıdır. Bir futbolçu olaraq duyğularımı, həyəcanımı dilə gətirəcək çox söz, seçməkdə çətinlik çəkdiyim yüzlərcə xatirə var. Bu gün sadəcə, ən səmimi halda sizinlə vida etmək istədim. Əlimi ilk tutan “Bursa Yolspor”dakı məşqçilərimdən başlayaraq “Gənclərbirliyi”, “Hacettepe”, “Fənərbaxça”, “Beşiktaş” və “Rizəspor”dakı bütün yoldaşlarıma təşəkkür edirəm, bu klubların prezidentlərinə mənə bu camiələrin dəyərli formalarını getmək imkanı yaratdıqları üçün minnətdarlığımı bildirirəm. Danışmağı sevməyən biri olmağım səbəbi ilə bəzən problem çıxardığım media mənsublarına əməkləri üçün təşəkkür edirəm. Daim yanımda olan ailəmə, dostlarıma, zəhmətimi çəkmiş hər kəsə ayrıca təşəkkür edirəm.
Ən özəl təşəkkürü sona saxladım. Formanı geyinəndə əlimdən gələni etdim. Tərk tökdüm, yeri gələndə qanım töküldü. Geridə qalan 25 ilə baxanda bütün qəlbimlə üzərimdə əməyi olan azarkeşlərə təşəkkür etmək istəyirəm. Futbolu çox sevən, futboldan ayrıla bilməyən biri olaraq, yenidən görüşmək ümidi ilə!”
Xatırladaq ki, Gökhan Gönül son olaraq “Rizəspor”un formasını geyinib. O, 2021-ci ilin yayında “Fənərbaxça”dan ayrılaraq bu kluba keçmişdi. Sağ cinah müdafiəçisi bu komandada 30 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Təcrübəli oyunçu daha öncə “Fənərbaxça” (361 oyun, 14 qol, 54 assist), “Beşiktaş” (142 oyun, 9 qol, 14 assist), “Hacettepe” (2 oyun) kimi klublarda da forma geyinib.
Gökhan Türkiyə millisində də 66 oyun keçirib, 1 qol vurub.


