İker Kasilyas həyat yoldaşından boşandı – FOTOLAR

Futbol üzrə İspaniya yığmasının və Madrid “Real”ının sabiq qapıçısı İker Kasilyas həyat yoldaşı Sara Karbonerodan boşanıb.

Arena.az xəbər verir ki, bu barədə veteran qapıçının keçmiş xanımı “İnstaqram” səhifəsində məlumat paylaşıb.

Karbonero bunun düşünülmüş qərar olduğunu yazıb. O, ayrılığın əsl səbəbini açıqlamayıb.

Qeyd edək ki, keçmiş cütlüyün Martin və Lukas adlı 2 övladı var.