Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunmuş və sayca 20-ci olan futbol üzrə FIFA Klub Dünya Kuboku bu gün başa çatıb.
Arena.az xəbər verir ki, mundialın son günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçı Yaponiyanın “Urava Red Daymonds” və Misirin “Əl-Əhli” komandaları keçirilib. 3-cü yer uğrunda qarşılaşmada qapılara 6 qol vurulub. Rəqibini 4:2 hesabıyla məğlub etmiş “Əl-Əhli” dünya çempionatının bürünc medallarına sahib çıxıb.
Mundialın həlledici qarşılaşmasında isə İngiltərənin “Mançester Siti” və Braziliyanın “Fluminense” komandaları üz-üzə gəliblər. Rəqibini 4:0 hesabıyla məğlub etmiş Mançester təmsilçisi dünya çempionu olub.
2023-cü ildə planetin ən güclü klub komandasını müəyyən etmək üçün keçirilən FIFA Klub Dünya Kubokuna bu mövsüm bütövlükdə 7 komanda qatılmışdı. Bunlar İngiltərənin “Mançester Siti”, Braziliyanın “Fluminense”, Meksikanın “Leon”, Yaponiyanın “Urava Red Daymonds”, Misirin “Əl-Əhli”, Yeni Zelandiyanın “Oklend Siti” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klublarıdır. “Oklend Siti” ilkin mərhələdə “Əl-İttihad”a 0:3 hesabıyla uduzaraq mübarizəni dayandırmışdı. “Əl-İttihad” özü isə “Əl-Əhli”yə 1:3 hesabıyla uduzaraq turnirdən kənarda qalmışdı. “Leon” da “Urava Red Daymonds”a uduzmuşdu – 0:1.
Yarımfinalda “Mançester Siti” “Urava Red Daymonds”u 3:0, “Fluminense” isə “Əl-Əhli”ni 2:0 hesabıyla üstələmişdi.
Sonda onu da xatırladaq ki, bu mundial yarışın müvafiq tərtibatda keçiriləcəyi sonuncu turnir idi. 2025-ci ildən FIFA Klub Dünya Kubokunda 32 komandanın iştirakı nəzərdə tutulub.
FIFA Klub Dünya Kuboku
22 dekabr
3-cü yer uğrunda oyun
Urava Red Daymonds – Əl-Əhli 2:4
Qollar: Kante, 43. Şolts, 54—pen – Y.İbrahim, 19. Tau, 25. Koyzumi, 60-öz qapısına. Malul, 90+8.
Final
Mançester Siti – Fluminense 4:0
Qollar: X.Alvares, 1; 88. Nino, 27-öz qapısına. Foden, 72.


