Klublararası Dünya Çempionatında ilk finalçı bəlli oldu

Mərakeşdə təşkil olunmuş futbol üzrə Klublararası Dünya Çempionatında ilk finalçı bəlli olub. Arena.az xəbər verir ki, ilk yarımfinal görüşü Səudiyyə Ərəbistanını təmsil edən “Əl-Hilal” ilə Braziliyanın “Flamenqo” komandası arasında baş tutub.

Beş qolun qeydə alındığı bu oyunda “Əl-Hilal” qalib gəlib. Nəticədə bu komanda finala yüksəlib.

Digər yarımfinal görüşü isə sabah Misirin “Əl-Əhli” və İspaniyanın “Real” (Madrid) komandaları arasında baş tutacaq.

Xatırladaq ki, Klublararası Dünya Çempionatında mübarizəyə fevralın 11-də keçiriləcək oyunlarla yekun vurulacaq. Həmin gün əvvəlcə yarımfinalda uduzan komandalar üçüncü yer uğrunda mübarizə aparacaqlar. Yekunda isə final qarşılaşması baş tutacaq.

Klublararası Dünya Çempionatı
Yarımfinal
7 fevral

Flamenqo (Braziliya) Əl-Hilal (Səudiyyə Ərəbistanı) 2:3
Qol: Pedro, 20; 90+1 – Əl-Dosari, 4; 45+9-pen. Vietto, 70.

8 fevral

23:00. Əl-Əhli (Misir) – Real (İspaniya)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: