Klublararası Dünya Çempionatında yarımfinalçılar bəlli oldu

Mərakeşdə təşkil olunmuş futbol üzrə Klublararası Dünya Çempionatında yarımfinalçılar bəlli olub. Arena.az xəbər verir ki, mundiala fevralın 1-də start verilib.

Turnirin ilk oyunu Misirin “Əl-Əhli” və Yeni Zelandiyanın “Oklend Siti” komandaları arasında baş tutub. 1/4 finala vəsiqə uğrunda oyunda 3 cavabsız qola sevinən “Əl-Əhli” növbəti mərhələyə yüksəlib.

Bu gün isə yarımfinala vəsiqə uğrunda iki görüş baş tutub. Əvvəlcə Mərakeşin “Vidad” komandası Səudiyyə Ərəbistanını təmsil edən “Əl-Hilal” ilə qarşılaşıb. Bu oyunun əsas və əlavə vaxtı bərabərliklə bitib – 1:1. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Əl-Hilal” yarımfinala yüksəlib. Səudiyyə Ərəbistanı çempionu finala vəsiqə uğrunda oyunda Braziliyanın “Flamenqo” komandasına rəqib olub. Bu oyun fevralın 7-də keçiriləcək.

Digər oyun isə Misirin “Əl-Əhli” və ABŞ-ın “Sietl Saunders” komandaları arasında baş tutub. Rəqibini 1:0 hesabıyla üstələyən “Əl-Əhli” yarımfinalda İspaniyanın “Real” (Madrid) komandası ilə qarşılaşmaq hüququ əldə edib. Bu görüş isə 8 fevralda keçiriləcək.

Xatırladaq ki, Klublararası Dünya Çempionatında mübarizəyə fevralın 11-də keçiriləcək oyunlarla yekun vurulacaq. Həmin gün əvvəlcə yarımfinalda uduzan komandalar üçüncü yer uğrunda mübarizə aparacaqlar. Yekunda isə final qarşılaşması baş tutacaq.

Klublararası Dünya Çempionatı
İlkin mərhələ
1 fevral

Əl-Əhli – Oklend Siti 3:0
Qol: Əl-Şahat, 45+2. Şerif, 56. Tau, 86.

1/4 final
4 fevral

Vidad – Əl-Hilal 1:1 (penaltilər 3:5)
Qol: Əl-Amlud, 52 – Kanno, 90+4-pen.

Sietl Saunders – Əl-Əhli 0:1
Qol: Afşa, 88.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: