Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunmuş tədbirdə Türkiyə təmsilçisi “Fənərbaxça”nın da rəqibi bəlli olub.
İstanbul klubu bu raundda Belçikanın “Yunion” komandası ilə üz-üzə gələcək.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin forma geyindiyi Xortatiyanın “Dinamo” (Zaqreb) komandası isə bu mərhələdə Yunanıstan nəhənglərindən olan PAOK-la qarşılaşacaq.
Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçları martın 7-də, cavab görüşləri isə ayın 14-də keçiriləcək.
Avropa Konfrans Liqası
1/8 final mərhələsi
“Servett” (İsveçrə) – “Viktoriya” (Çexiya)
“Ayaks” (Niderland) – “Aston Villa” (İngiltərə)
“Molde” (Norveç) – “Brügge” (Belçika)
“Yunion” (Belçika) – “Fənərbaxça” (Türkiyə)
“Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan)
“Şturm Qraz” (Avstriya) – “Lill” (Fransa)
“Makkabi” (Hayfa, İsrail) – “Fiorentina” (İtaliya)
“Olimpiakos” (Yunanıstan) – “Makkabi” (Təl-Əviv, İsrail)



