Kuman: “Klublararası DÇ – cəfəngiyyatdır!”

Futbol üzrə “Niderland yığmasının baş məşqçisi Ronald Kuman FIFA Klub Dünya Kuboku haqda tənqidi mövqeyini dilə gətirib.

Arena.az “Sport.es” dərgisinə istinadən, 62 yaşlı niderlandlı mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Mən artıq daha əvvəl demişəm ki, klublararası dünya çempionatı – bu, bir cəfəngiyyatdır. Klublar alacaqları pullarla qane olacaqlar. Ancaq mən təsəvvür edə bilmiəm ki, çoxsaylı qənimətlər qazanmış oyunçu, klublararası dünya çempionatındakı qalibiyyətinə ölkə çempionatındakı, Çempionlar Liqasındakı, Avropa Çempionatındakı və ya dünya çempionatındakı zəfəri kimi sevinsin. Bu, futbolçuların zərərinə işləyir”, deyə Kuman vurğulayıb.

Xatırladaq ki, 2025-ci ilin FIFA Klub Dünya Kuboku ABŞ-da keçiriləcək və 14 İyun – 13 İyul tarixlərini əhatə edəcək. Yarış ilk dəfə olaraq 32 komandanın iştirakı ilə baş tutacaq.

Əlavə edək ki, FIFA Klub Dünya Kubokunu ən çox qazanmış klub isə İspaniya nəhəngi Madrid “Real”ıdır. “Qaymaqlılar” 2014-cü, 2016-cı, 2017-ci, 2018-ci və 2022-ci illərdə klublararası dünya çempionluğunu bayram ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: