Lionel Messi karyerasının ən erkən qolunu vurdu

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi karyerası ərzindəki ən erkən qolunu vurub.

Arena.az xəbər verir ki, bu, Argentina yığmasının bu gün baş tutan Avstraliya ilə yoxlama oyununda qeydə alınıb.

Qol start fitindən 1 dəqiqə 19 saniyə sonra vurulub. Oyun argentinalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Argentinalıların digər qolunu 68-ci dəqiqədə fərqlənən Xerman Pesselya vurub.

Xatırladaq ki, bu günə qədər Messinin ən erkən qolu Çempionlar Liqasının 2017/2018 mövsümündə “Çelsi”yə vurduğu qol idi. Messi bu qolu start fitindən 2 dəqiqə 7 saniyə sonra vurmuşdu.

Beləliklə, Messi karyerasında ilk dəfə matçın ikinci dəqiqəsində qol vurub. İndi argentinalı ulduzun hesabında yalnız ilk dəqiqələrdə qol yoxdur.

Bu yaxınlarda Fransa çempionu PSJ-dən ayrılan Lionel Messi sabiq futbolçu Devid Bekhemin sahibi olduğu “İnter Mayami”yə keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: