Liqa 1: “Lans” səfərdə, “Oser” doğma meydanda qalib gəldi

Futbol üzrə Fransa çempionatında (Liqa 1) 29-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

“Oser” doğma meydanda “Trua”nı tək qolla üstələyib. “Renn” isə evdə “Lans”a oxşar hesabla məğlub olub.

29-cu turun qalan qarşılaşmaları bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
29-cu tur
31 mart

Olimpik (Marsel) – Monpelye 1:1
Qol: Genduzi, 44-pen – Nordin, 12.

1 aprel

Oser – Trua 1:0
Qol: Nianq, 73.

Renn – Lans 0:1
Qol: Openda, 31.

2 aprel

15:00. Lill – Loryan
17:00. Anje – Nitsa
17:00. Brest – Tuluza
17:00. Klermon – Ayaçço
17:00. Nant – Reyms
19:05. Monako – Strasburq
22:45. PSJ – Olimpik (Lion)

Xəbəri sosial şəbəkələrdə paylaş: