Mahir Emreli baş məşqçisiz qaldı – İqor Bişçan qovuldu

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionu “Dinamo”da (Zaqreb) baş məşqçisiz qalıb.

Arena.az xəbər verir ki, Zaqreb təmsilçisi baş məşqçisi İqor Bişçanla yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xorvatiya çempionu 45 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyini bildirib.

Xatırladaq ki, İqor Bişçan bu il aprelin 6-da bu vəzifəyə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında çıxdığı 16 matçın 9-da qələbə qazanıb, 5 dəfə məğlub olub və 2 dəfə heç-heçə edib.

Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 28 matça çıxıb, 6 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri istədiklərinizlə paylaşın