“Mançester Siti” mövsümü mübarizə apardığı hər üç cəbhədə qələbə ilə başa vurması münasibətilə zəfər yürüşü keçirib.
Arena.az xəbər verir ki, zəfər yürüşü bu gün – iyunun 12-də baş tutub.
Komanda klubun avtobusu ilə Mançester küçələrindən keçib. Tədbirdə xüsusi zəfər paradı da olub.
Xatırladaq ki, “şəhərlilər” UEFA Çempionlar Liqasının final oyununda “İnter”i minimal hesabla məğlub etməklə tarixi zəfərə imza atıb. Oyunda yeganə qolu 68-ci dəqiqədə Rodri vurub. Nəticədə “Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Koandanın baş məşqçisi Xosep Qvardiola isə 2011-ci ildən bu yana ilk dəfə qitənin ən nüfuzlu turnirində yenidən qalib olmağı bacarıb. Mançester təmsilçisi bu qələbəsi ilə həm də “trebl”ini rəsmiləşdirib: klub İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanıb.


