“Mançester Yunayted” 8 futbolçusu ilə vidalaşdı

İngiltərənin “Mançester Yunayted” klubu 8 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qapıçıları Serxio Romero və Joel Pereyra ilə vidalaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bundan başqa, əvəzedici komandada çıxış edən Ceykob Karni, Mark Helm, Yestin Hyuz, Arnau Puiqmal, Maks Teylor və Aliu Traore ilə də yollar ayrılıb.

Qeyd edək ki, “Mançester Yunayted” İngiltərə Premyer Liqasında geridə qalan mövsümü ikinci pillədə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: