AÇ-2020-nin E qrupu çərçivəsində keçirilən İspaniya – İsveç matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, İsveç yığmasının müdafiəçisi Viktor Lindelöf bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu İspaniya yığmasının hücumlarının qarşısının alınmasında və turnirə 1 xalla başlamalarında əsas pay sahiblərindən biri olub.
Qeyd edək ki, Lindelöf 2017-ci ildən İngiltərənin “Mançester Yunayted” klubunun şərəfini qoruyur.