Mbappe: “Finaldakı het-triki eybəcər qələbə qoluna dəyişərdim”

PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının finalı haqda xatirələrə dalıb.

Arena.az xəbər verir ki, Mbappe “RMC Sport”a müsahibəsində final oyunu haqda danışaraq, het-trikini qələbə gətirən eybəcər bir qola dəyişməyə razı olduğunu vurğulayıb:

“O vaxt mən nə baş verdiyini başa düşmürdüm. Mən öz het-trikimi 1:0 hesabı ilə qalib gələcəyimiz hər hansı çirkin bir qola dəyişərdim. Tarix yazmaq istəyirdik, kuboku qaldırmadan ona yaxınlaşmaq çətin idi. Bütün dünya çempionatı xüsusi idi, bu turnir mövsümün ən özəl məqamıdır. Bu hadisə bütün mövsümü təcəssüm etdirir”.

Mbappe dünya çempionatında 8 qol vuraraq turnirin bombardiri olub və qollardan üçünü – het-trik kimi finalda vurub.

Xatırladaq ki, əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmış final oyununda Argentina yığması oyunsonrası penaltilər seriyasında 4:2 hesabı ilə qələbə qazanaraq tarixində üçüncü dəfə dünya çempionu adını qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: