“Çelsi”nin yarımmüdafiəçisi Meyson Maunt İngiltərə Premyer Liqasının digər təmsilçisi “Mançester Yunayted”ə keçməyə yaxındır.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” artıq Mauntun özü ilə anlaşıblar. Hazırda “Yunayted” birbaşa “Çelsi” ilə danışıqlar aparır. “Mançester Yunayted”in yeni təklifə cavab üçün çox gözləməyə hazır olmadığı da vurğulanır. “Zadəganlar”ın 70-75 milyon avroya razı qalacağı gözlənilir.
Meyson Maunt “Çelsi” akademiyasının yetirməsidir. İngilis yarımmüdafiəçi 2017-ci ildən londonluların əsas komandasında çıxış edir. Mauntun “Çelsi” ilə cari müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.
2022/2023 mövsümündə Maunt “Çelsi”nin heyətində 35 oyun keçirib, 3 qol vurub, 6 məhsuldar ötürmə edib.
“Transfermarkt” internet-portalı Meyson Mauntu 60 milyon avro məbləğində qiymətləndirir.


