“Milan” “Roma”nın futbolçusu ilə gücləndi

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi “Roma”dan Alessandro Florensini icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İtaliya yığmasının da üzvü olan müdafiəçi 2022-ci ilin yayına qədər “Milan”da çıxış edəcək. O, yeni komandasında 25 nömrəli formanı geyinəcək.

Florensi ötən mövsümü Fransanın PSJ klubunda icarədə keçirib. 30 yaşlı futbolçu İtaliya yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub.

Qeyd edək ki, Florensi “Roma”nın öz yetirməsidir. Paytaxt təmsilçisində 280 matça çıxıb, 28 qola imza atan futbolçu, əvvəllər “Krotone” və “Valensiya”da da icarədə oynayıb. İtaliya millisində 45 matça çıxan sağ cinah müdafiəçisi, 2 qol da vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: