“Nitsa” Niderland millisinin üzvü ilə gücləndi

Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın “Alkmaar” klubundan Kelvin Stenqsi transfer edib.

Bu barədə Nitsa klubunun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Kelvin Stenqs “Alkmaar”ın öz yetirməsidir. O, 2017-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Yarımmüdafiəçi sözügedən komandanın heyətində meydana çıxdığı 113 matçda 24 qol vurub, 24 məhsuldar ötürmə müəllifi olub. Kelvin Niderland yığmasına da dəvət alır. O, ölkəsinin əsas millisində də 7 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: