Paulo Souza millidən getdi – Təzminat ödəyəcək

Futbol üzrə Polşa milli komandasının baş məşqçisi Paulo Souza istefa verib. Arena.az xəbər verir ki, o, Polşa Futbol İttifaqı ilə olan müqaviləsinə birtərəfli qaydada xitam verib.

Buna onun Braziliyanın “Flamenqo” klubundan cəlbedici təklif alması səbəb olub. Polşa yığmasından ayrılan Paulo Souza yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Paulo Souza 2021-ci ilin yanvar ayında Polşa yığmasına baş məşqçi təyin olunmuşdu. O, “Flamenqo”dan təklif aldıqdan sonra Polşa Futbol İttifaqının rəhbərliyi ilə görüşmüş və istefa istəyini açıqlamışdı. Lakin federasiya prezidenti Çezare Kuleşa onun bu istefasını qəbul etmədiklərini açıqlamışdı. Belə olan halda portuqaliyalı mütəxəssis müqaviləni birtərəfli qaydada ləğv etmək məcburiyyətində qalıb. Federasiya ilə müqaviləni birtərəfli şəkildə pozan Souzanın təzminat ödəyəcəyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: