Pirs Morqan Aleksandr Zinçekonu müdafiə etdi

Məşhur britaniyalı jurnalist Pirs Morqan sosial şəbəkədə “Arsenal”ın və Ukrayna yığmasının futbolçusu Aleksandr Zinçenkonu müdafiə edib.

Arena.az xəbər verir ki, bir “Twitter” istifadəçisi Zinçenkonun Pirs Morqana müsahibəsindən sonra yazıb:

“Futbolun ən xoşagəlməz simalarından biri. Ruslara və belaruslara qarşı açıq şəkildə ksenofobiyanı təşviq edir, halbuki onların cari hadisələrlə heç bir əlaqəsi yoxdur”.

Morqan bu münasibətin cavabında təxribatçıya yerini göstərib:

“Əslində o, indiyə qədər tanış olduğum ən gözəl və ən təsirli futbolçulardan biridir. Sən isə bir iyrənc balaca gicbəsər kimi görünürsən”.

Zinçenko ötən mövsüm başlamamış yayda “Mançester Siti”dən “Arsenal”a keçib. Sol cinah müdafiəçisi 2022/2023 mövsümündə “topçular”ın heyətində 33 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə ilə fərqlənib, Premyer Liqanın “gümüş”ünü qazanıb.

“Transfermarkt” internet-portalı Zinçenkonu 40 milyon avro məbləğində qiymətləndirir.