Premyer Liqa: MY uduzdu, “Liverpul”la “Çelsi” qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında 8-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Turun açılış matçında “Uotford” doğma meydanda “Liverpul”u qəbul edib. Qonaqlar bu görüşdə beş cavabsız qola seviniblər.

“Mançester Yunayted” bu turda “Lester Siti” səfərinə yollanıb. Altı qolun qeydə alındığı oyun “qırmızı şeytanlar”ın məğlubiyyəti ilə bitib.

“Mançester Siti” “Bernli”ni sınağa çəkib və inamlı qələbəyə sevinib. Lider “Çelsi”nin bu turdakı rəqibi “Brentford” olub. “Zadəganlar” da turu qələbə ilə başa vurublar.

“Norviç Siti” – “Brayton” matçında qapılara qol vurulmayıb. Beş qolun qeydə alındığı “Aston Villa” – “Vulverhempton” görüşü qonaqların qələbəsiylə yekunlaşıb. “Sauthempton” isə evdə “Lids”ə qalib gəlib.

Bazar günü daha iki görüş baş tutacaq. Tura oktyabrın 18-də yekun vurulacaq.

İngiltərə Premyer Liqası
8-ci tur
16 oktyabr

Uotford – Liverpul 0:5
Qol: Mane, 8. Firmino, 37; 52; 90+1. Salah, 54.

Aston Villa – Vulverhempton 2:3
Qol: İnqs, 48. Makqinn, 68 – Sayss, 80. Koadi, 85. Neves, 90+5.

Lester Siti – Mançester Yunayted 4:2
Qol: Tilemans, 31. Ç.Söyüncü, 78. Vardi, 83. Daka, 90+1 – Qrinvud, 19. Reşford, 82.

Mançester Siti – Bernli 2:0
Qol: B.Silva, 12. De Bruyne, 70.

Norviç Siti – Brayton 0:0

Sauthempton – Lids 1:0
Qol: Broya, 53.

Brentford – Çelsi 0:1
Qol: Çiluell, 45.

17 oktyabr

17:00 Everton – Vest Hem
19:30 Nyukasl – Tottenhem

18 oktyabr

23:00 Arsenal – Kristal Pelas

Xəbəri sosial şəbəkələrdə paylaş: