Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun oyunları 30-31 oktyabrda keçiriləcək.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Şənbə günü “Zirə” “Keşlə”ni, lider “Qarabağ” isə son çempion “Neftçi”ni qəbul edəcək.

Turun sonuncu oyun günündə “Qəbələ” “Sabah”la, “Sumqayıt” isə “Səbail”lə üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası
9-cu tur
30 oktyabr

“Zirə” – “Keşlə”
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Qarabağ” – “Neftçi”
Bakı. “Azərsun Arena”, 18:30.

31 oktyabr

“Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu, 16:00.

“Sumqayıt” – “Səbail”
Sumqayıt. “Kapital Bank Arena”, 18:15.

Xəbəri sosial şəbəkələrdə paylaş: