Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun 3 oyunu üçün hakim təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, bu gün keçiriləcək “Zirə” – “Sumqayıt” oyununu Rauf Cabarov idarə edəcək.
Sabah baş tutacaq “Keşlə” –“Sabah” matçı Rəşad Əhmədova tapşırılıb.
“Səbail” – “Neftçi” qarşılaşmasını isə Vüqar Həsənli idarə edəcək.
Azərbaycan Premyer Liqası
6-cı tur
1 oktyabr
19:30. “Zirə” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zirə İdman Kompleksinin stadionu.
2 oktyabr
17:00. “Keşlə” –“Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “ASK Arena”.
19:15. “Səbail” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Fərid Hacıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Bakı. “ASCO Arena”.


