Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları üçün təyinatlar açıqlanıb. Arena.az xəbər verir ki, ilk oyun günündə – sabah iki qarşılaşma baş tutacaq.
Turun açılış matçı olan “Sabah” – “Keşlə” oyununu Rəşad Əhmədov idarə edəcək. “Neftçi” – “Səbail” matçı Elçin Məsiyevə tapşırılıb.
“Sumqayıt” – “Zirə” oyununda Rauf Cabbarov iş başında olacaq.
Turun qapanış matçını – “Qəbələ” – “Qarabağ” görüşünü isə Kamranbəy Rəhimov idarə edəcək.
Azərbaycan Premyer Liqası
12-ci tur
27 noyabr
“Sabah” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Masazır. “Bank Respublika Arena”, 16:00.
“Neftçi” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Bakcell Arena”, 18:15.
28 noyabr
“Sumqayıt” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Sumqayıt. “Kapital Bank Arena”, 16:00.
29 noyabr
“Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Qəbələ şəhər stadionu, 16:00.


