Futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun qarşılaşmaları 15 və 16 dekabrda keçiriləcək.
İlk oyun günündə “Qəbələ” son çempion “Neftçi”ni, “Sumqayıt” isə “Keşlə”ni qəbul edəcək.
Sonuncu oyun günündə isə əvvəlcə “Səbail” – “Sabah” matçı baş tutacaq. Turun qapanış matçında lider “Qarabağ” əsas izləyicilərindən biri olan “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunla həm də Premyer Liqada 2021-ci ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
14-cü tur
15 dekabr
Qəbələ – Neftçi
Qəbələ şəhər stadionu, 16:00.
Sumqayıt – Keşlə
Sumqayıt şəhər stadionu, 19:00.
16 dekabr
Səbail – Sabah
Bakı. “ASCO Arena”, 16:30.
Qarabağ – Zirə
Bakı. “Azersun Arena”, 19:00.


