Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci dövrəsində 28 oyunda 86 top vurulub. Arena.az xəbər verir ki, bu, birinci dövrədəki ilə müqayisədə 19 qol çoxdur.
İlk 7 turda komandalar 67 dəfə fərqlənmişdilər.
Birinci dövrədəki kimi yenə 7 turluq hissənin ən yaxşısı “Qarabağ” olub. Mövsümün ilk 1/4-ində 17 xal toplayan Ağdam klubu bu dəfə 16 xal qazanıb.
İkinci dövrədə “Sabah” da həm qələbə, həm qol, həm xal sayında liderlə eyni göstəriciyə imza atıb. Lakin Bakı klubu təxminən 3 dəfə çox qol buraxıb.
Üçüncü pillədə qərarlaşan “Qəbələ” isə dövrəni liderlərdən iki xal geridə başa vurub.
Xatırladaq ki, Premyer Liqada iki dövrədən sonra “Qarabağ” 33 xalla ilk pillədə qərarlaşıb. 26 xala malik “Qəbələ” ikinci, 22 xalı olan “Neftçi” isə üçüncüdür.
| 1 | Qarabağ | 7 | 5 | 1 | 1 | 17-4 | 16 |
| 2 | Sabah | 7 | 5 | 1 | 1 | 17-11 | 16 |
| 3 | Qəbələ | 7 | 4 | 2 | 1 | 11-8 | 14 |
| 4 | Zirə | 7 | 3 | 1 | 3 | 13-10 | 10 |
| 5 | Neftçi | 7 | 2 | 2 | 3 | 7-11 | 8 |
| 6 | Keşlə | 7 | 2 | 1 | 4 | 11-13 | 7 |
| 7 | Sumqayıt | 7 | 1 | 1 | 5 | 4-15 | 4 |
| 8 | Səbail | 7 | 1 | 1 | 5 | 6-14 | 4 |


