PSJ-nin yetirməsi “Sabah” və “Neftçi”dən təklif alıb

PSJ-nin yetirməsi, Mali yığmasının və Rusiyanın “Soçi” klubunun müdafiəçisi Mussa Sissako karyerasını Azərbaycanda davam etdirə bilər.

Arena.az xəbər verir ki, 22 yaşlı futbolçu “Neftçi” və “Sabah”ın maraq dairəsinə düşüb.

Paytaxt klublarının hətta ona təklif göndərdiyi də iddia olunur. Bu barədə “Legalbet” portalı məlumat yayıb.

İddiaya görə, “Sabah” malili müdafiəçi ilə anlaşa bilməyib. Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlməyiblər. İllik 400 000 avro məvacib tələb edən Sissako 200 000 avroluq təklifi qəbul etməyib.

“Neftçi” isə gənc oyunçuya 250 000 avro maaş verməyə hazır olduğunu bildirib. “Ağ-qaralar” futbolçunu sonradan birdəfəlik almaq şərtilə icarəyə götürmək istəyir.

Fransanın PSJ klubunun yetirməsi olan Mussa Sissako Paris təmsilçisinin əvəzedici komandasında oynasa da, əsas komandada debüt şansı qazanmayıb. O, “Soçi”dən əvvəl Belçika “Standard”ında da çıxış edib – 34 oyun, 1 qol. Müdafiəçi 2022-ci ilin sentyabrından formasını geyindiyi “Soçi”də cəmi 15 matç keçirib və 1 qolla yadda qalıb. Onun Rusiya klubu ilə 2025-ci ilin yayınadək müqaviləsi var.

“Transfermarkt” internet-portalı Sissakonu 27 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: