“Qəbələ” braziliyalı hücumçu ilə gücləndi

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib. Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı hücumçu Avstriyanın “Admira Vakker” klubundan icarəyə götürülüb. 24 yaşlı cənubi amerikalı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb. Bir sözlə, braziliyalı futbolçu növbəti mövsümün sonuna qədər “Qəbələ”nin formasını geyinəcək.

Braziliyada “Amerika” (Rio-de-Janeyro), “Bonsusesso”, “Friburquense”nin yeniyetmə və gənclərdən ibarət komandalarında çıxış edən Patrik peşəkar karyerasına Avstriyada başlayıb. 2020/21 mövsümündə “Horn”da çıxış edən forvard ötən ilin yayında “Admira”ya keçib. O, bu mövsüm sözügedən komandanın heyətində meydana çıxdığı 8 matçda 1 qol və 1 məhsuldar heç-heçə ilə başa vurub.