“Qalatasaray” da qalib gəldi, “Fənərbaxça” da

Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bazar günü dahad dörd qarşılaşma baş tutub.

Ötən tur “Kayserispor”a üç cavabsız qolla uduzan “Qalatasaray”ın budəfəki rəqibi “Göztəpə” olub. İstanbul təmsilçisi doğma meydanda əzmkar qələbəyə seinib.

“Fənərbaxça” da çətin “Hatayspor” səfərindən qələbə ilə dönməyi bacarıb.

“Başakşəhər” doğma meydanda “Rizəspor”a böyük hesabla qalib gəlibsə, “Girəsunspor” – “Kayserispor” matçı bərabərliklə yekunlaşıb.

Türkiyə Super Liqası
7-ci tur
24 sentyabr

Altay – Beşiktaş 2:1
Qol: Kappel, 57. Bamba, 88 – G.Yalçın, 47.

25 sentyabr

Sivasspor – Fatih Karagümrük 4:0
Qol: Kayode, 1. Qutas, 50. Feliks, 56. Qradel, 71.

Antalyaspor – Yeni Malatyaspor 1:0
Qol: G.Vural, 89.

Adana Dəmirspor – Qaziantep 4:0
Qol: Y.Akgün, 12. Koker, 65-öz qapısına. Balotelli, 78. Assombalonqa, 85-pen.

26 sentyabr

Girəsunspor – Kayserispor 1:1
Qol: Diabate, 21 – Attamah, 17.

Başakşəhər – Rizəspor 3:0
Qol: Okaka, 25; 55; 75.

Hatayspor – Fənərbaxça 1:2
Qol: S.Luis, 70 – Rossi, 17. Novak, 29.

Qalatasaray – Göztəpə 2:1
Qol: H.Dərvişoğlu, 49. Morutan, 56 – Ndiaye, 43.

27 sentyabr

21:00. Kasımpaşa – Konyaspor
21:00. Trabzonspor – Alanyaspor